Peşə Təhsili üzrə Dövlət Agentliyi, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının birgə əməkdaşlığı ilə və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tərəfdaşlığı ilə Qoşa Qala meydanında "Bir Peşənin Sirri" adlı festivalı keçirilib.
Newscenter.az “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə istinadən xəbər verir ki, tədbirin açılış mərasimində təhsil nazirinin müavini İdris İsayev, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov, Avropa İttifaqının Azərbaycanda Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Çaru Bista, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli ilə çıxış etdik.
Festivalda qonaqlara Bakı və müxtəlif regionları təmsil edən peşə təhsil müəssisələrinin turizm, sənaye, İKT və ictimai iaşə istiqamətlərində təhsil alan tələbələrin əl işlərindən ibarət sərgilər, ustad dərsləri və müxtəlif fəaliyyətlər nümayiş etdirilib.
NEWSCENTER.AZ