Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya XİN: “Kiyevin ikinci şansı olmayacaq”

Rusiya XİN: “Kiyevin ikinci şansı olmayacaq”


“Minsk razılaşmaları Kiyevə Ukrayna dövlətini saxlamağa imkan verirdi”.

Newscenter.az xəbər verir ki, “Report”un məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova teleqram kanalında bildirib.

Böyük Britaniyanın xarici işlər naziri Liz Trassın “Yeni Minsk razılaşmalarının bağlanmasına yol vermək olmaz” fikrinə cavabında Rusiya XİN rəsmisi deyib:

“Minsk razılaşmaları dövləti qorumaq üçün bir şans idi, lakin Ukrayna Prezidenti Volodimir Zelenski bunu açıq şəkildə rədd etdi və Ukrayna üçün ikinci belə şans olmayacaq”.
Xəbəri paylaş