Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukraynadakı münaqişə NATO-nu üç düşərgəyə bölüb

Ukraynadakı münaqişə NATO-nu üç düşərgəyə bölüb


İyunun sonunda keçirilən NATO sammitində Ukrayna ətrafındakı vəziyyətlə bağlı təhlükəsizliyə ən ciddi təhdid adlandırılan Rusiyaya münasibət məsələsində həmrəylik elan edilsə də, ölkələr Rusiya-Ukrayna münaqişəsinin həlli yolları ilə bağlı üç düşərgəyə bölünüb.

Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “The Sunday Times” qəzeti yazıb.

Nəşrin yazdığına görə, NATO-nun tərkibində şərti olaraq “şahin”, “göyərçin” və “dəvəquşu” adlandırılan üç ölkə qrupu formalaşıb.

Qəzet o ölkələri “şahinlərə” aid edir ki, onlar Rusiyaya bir də onun öz qonşularına təhlükə yarada bilməyəcək zərbə vurmağın tərəfdarlarıdır. Bundan əlavə, “şahinlərin” fikrincə, NATO Donbas və Krımı Ukraynanın nəzarətinə qaytarmaq üçün mümkün olan hər şeyi etməli, həmçinin Rusiyada hakimiyyət dəyişikliyinə şərait yaratmalıdır.

“The Sunday Times”ın yazdığına görə, bu kateqoriyaya Rusiya ilə həmsərhəd ölkələr, xüsusən də Polşa daxildir.

“Göyərçinlər” isə, nəşrin qənaətincə, Ukrayna tərəfinin ərazi güzəştləri hesabına hərbi əməliyyatların tezliklə dayandırılmasının tərəfdarı olan ölkələrdir. Xüsusilə onlar Rusiya qoşunlarının fevralın 24-dək olan mövqelərə qaytarılmasına razılıq verəcək, həmçinin işğal altındakı Krım, Donetsk və Luqanskın mövcud statusunu tanıyacaqdılar.

Qəzet “dəvəquşu” kateqoriyasına Alyansın qəbul edilən sənədlərini formal olaraq dəstəkləyərək minimal müqavimət yolunu axtaran və öz daxili problemlərinə fokuslanan dövlətləri aid edib. “The Sunday Times” qəzetinin yazdığına görə, onların sırasına xüsusilə Cənubi Avropa ölkələri daxildir.
Xəbəri paylaş