Sumqayıtda zorakılıqla üzləşən qadın uşaqları ilə birgə Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilib.
Newscenter.az xəbər verir ki, əri tərəfindən döyüldüyü iddia edilən və 4 azyaşlı uşağı ilə Sumqayıtda parkda qalması ilə bağlı görüntüləri yayılan qadın barəsində məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfində məsələ nəzarətə götülüb.
Artıq onlar Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsindədir.