Böyük Britaniyanın Birmingem şəhərində Azərbaycan və Böyük Britaniyanın ATƏT PA-dakı nümayəndə heyətləri arasında görüş olub.
Newscenter.az xəbər verir ki, bu barədə Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, bu qurumun vitse-prezidenti və büro üzvü Azay Quliyev tviterdə yazıb.
“Azərbaycan və Böyük Britaniyanın ATƏT PA-dakı nümayəndə heyətləri Böyük Britaniyanın Birmingem şəhərində səmərəli görüş keçirib və həm ikitərəfli formatda, həm də ATƏT PA çərçivəsində əməkdaşlığı müzakirə ediblər”, - o qeyd edib.