Goranboy rayonunda Muzdurlar kəndində yerləşən Umut Agro MMC-nin heyvandarlıq kompleksində heyvandarlıq üzrə ixtisaslaşmış bir qrup fermerlər və aqrar sahə mütəxəssisləri ilə görüş keçirilib.
Newscenter.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Aqrar Təlim Mərkəzi Bərdə Regional Təlim Mərkəzinin təlimçiləri və Baytarlıq Elmi Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən 05.07.2022-ci il tarixində saat 11:00-da Goranboy rayonunun Muzdurlar kəndində Umut Agro MMC-nin heyvandarlıq kompleksində heyvandarlıq ilə məşğul olan fermerlərə və aqrar mütəxəssislərə təlim keçirilmişdir. Təlimdə Goranboy rayonundan olan təsərrüfat sahibləri, kompleksin əməkdaşları və Goranboy DAİM-nin Heyvandarlıq sektorunun əməkdaşı iştirak etmişdir (16 nəfər). Müzakirələr zamanı görüş iştirakçılarını maraqlandıran məsələlərə müvafiq qaydada aydınlıq gətirilib, fermerlər tərəfindən verilən suallar geniş şəkildə cavablandırılıb və onlara lazımi tövsiyyələrin ətraflı şərhi verilib.
Mehman