Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 69 yeni yoluxma faktı qeydə alınıb, 36 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Newscenter.az-a verilən məlumata görə, ölən yoxdur.
İndiyədək ölkədə ümumilikdə 793 506 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 501 nəfər müalicə olunaraq sağalıb, hazırda 287 aktiv xəstə var. Bu günə qədər 9 718 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 755, bu günə qədər isə ümumilikdə 6 977 685 test icra olunub.