Energetika naziri Pərviz Şahbazov OPEC-in baş katibi M.S.Barkindonun vəfatı ilə bağlı başsağlığı verib.
Newscenter.az xəbər verir ki, nazir bu barədə tvitter hesabında yazıb. Nazir Pərviz Şahbazov qeyd edib ki, M.S.Barkindonun tərcümeyi-halı #OPEC-in tarixçəsi oldu:
"Ən mürəkkəb dövrdə neft bazarının tənzimlənməsində əvəzsiz xidmətləri olan əziz dostum M.S.Barkindonun vəfatı məni çox kədərləndirdi. OPEC-dəki və həyatdakı missiyasını eyni vaxtda başa vurması nadir rast gəlinən qanunauyğunluq idi. Allah rəhmət eləsin!"
Sevinc