Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səudiyyəli səfir Lənkərana səfər edib

Səudiyyəli səfir Lənkərana səfər edib


Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Dr. Həməd bin Abdulla bin Xudeyr Lənkəranda işgüzar səfərdə oldu.
Newscenter.az xəbər verir ki, bölgə ilə tanışlıq, iqtisadi-ticari, investisiya və mədəni-turistik mübadilə sahələrində iki ölkənin müxtəlif müəssisə və orqanları arasında əlaqələrin təşviqi məqsədi daşıyan səfər çərçivəsində hörmətli qonaq əvvəlcə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşüb. Görüş zamanı İcra başçısı Səudiyyə Ərəbistanı-Azərbaycan dostluq və əməkdaşlıq əlaqələrinin inkişafından söz açaraq, səfirə rayonun tarixi, coğrafi mövqeyi, turizm potensialı, ictimai-siyasi və sosial-iqtisadi həyatı barədə ətraflı məlumat verib.

Səmimi qəbula və xoş söhbətə görə İcra başçısı T.Qaraşova təşəkkürünü çatdıran cənab Dr. Həməd bin Abdulla bin Xudeyr Azərbaycan Prezidenti cənab İlham Əliyevin müdrikliklə həyata keçirdiyi uğurlu xarici siyasəti yüksək qiymətləndirərək bu siyasətin Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasındakı əlaqələrin etibarlı tərəfdaşlıq səviyyəsinə yüksəlməsindəki rolunu xüsusi qeyd edib.

Lənkəranda olduğu müddətdə xarici diplomat Heydər Əlyev Mərkəzinə, Xan evinə, Xalça fabrikinə, Hirkan Milli Parkına, Xanbulançay dəryaçasına, rayondakı çiyələk bağlarına baş çəkib, “Green East” MMC-də çəltik əkini prosesi və çəltik zavodu, həmçinin “Yaşıl Çay” Fermer Təsərrüfatında çay plantasiyası və emal prosesi ilə də yaxından tanış olub.

Mehman
Xəbəri paylaş