Dünya müsəlmanlarının ən müqəddəs bayramı olan Qurban bayramı ölkəmizdə bu il də təntənə ilə qeyd edilməkdədir. İslamın humanizm və fəzilətinin təcəssümü olan bu müqəddəs bayrama hər zaman dövlətimiz tərəfindən böyük ehtiramla yanaşılıb. diqqətlə qarşılanıb. Milli-mənəvi dəyərlərimizi uca tutan və ehtiramla yanaşan Ulu öndər Heydər Əliyev Qurban bayramının dövlət səviyyəsində qeyd edilməsinə xüsusi diqqət ayırırdı. 1994-cü ildə Onun Səudiyyə Ərəbistanına səfəri zamanı Məkkə şəhərinə gəlməsi, müqəddəs Kəbəni ziyarət etməsi də adətlərimizə, dini inanclarımıza dərin hörmətin ifadəsi idi.
Heydər Əliyev Kəbə evində namaz qılıb Allaha dua edirdi ki, Qarabağ tezliklə işğaldan azad olunsun, biz öz doğma torpaqlarımıza qayıdaq. Onun duaları qəbul olunub, artıq 2 ildir ki, xalqımız Qurban bayramını ərazi bütövlütünü təmin etmiş Azərbaycanın hər bir nölgəsində, Qarabağda, Şərqi-Zəngəzurda qeyd edir. Bu gün Ulu öndərimizin ruhu şaddır.
Qurban bayramına öz dərin ehtiramını nümayiş etdirən Cənab Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva, ailə üzvləri də həmişə Qurban bayramının Qarabağda, Şuşada qeyd olunmasını dua edirdilər. Onların da arzu və niyyətləri qəbul olundu, Mehriban xanım vaxtilə Kəbədə olarakən götürdüyü müqəddəs kitabımız “Qurani-Kərim”i niyyət etdiyi kimi Qarabağdakı məscidlərimizə hədiyyə etdi. 2 ildir ki, Mehriban xanımın Şuşada Gövhər ağa Məcsidinə bağışladığı “Qurani-Kərim”dən ayələr oxunur.
Biz artıq 2-ci Qurban bayramını başqa bir sevinci və xoşbəxtliklə qeyd edirik, Qarabağda, Şəqri-Zəngəzurda, Kəlbəcərdə, Göyçə mahalının bir addımlığında qurbanlıq qoyunlar kəsilir.
Bu günləri bizə nəsib edən Rəbbimə şükürlər olsun!
Bu sevinci bizə yaşatdığına, arzu və niyyətlərimizə çatdırdığına görə, Cənab Prezidentə və Mehriban xanıma, qəhrəman oğullarımıza dərin minnətdarlığımı bildirirəm.
Bu Müqəddəs Qurban bayramında əziz Şəhid Analarını və Bacılarını, onların ailələrini, cəsur qazilərimizi, bütün müsəlman dünyasını səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırıram.
Qurban Bayramınız mübarək olsun!
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki