Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 59 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Newscenter.az-a verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 793 605 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 576 nəfər müalicə olunaraq sağalıb, hazırda 310 aktiv xəstə var. Bu günə qədər 9 719 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1870, bu günə qədər isə ümumilikdə 6 981 903 test icra olunub.