Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın xarici ölkələrdəki səfirləri Türkiyə ilə aparılan danışıqlar barədə məlumatlandırılıb

Ermənistanın xarici ölkələrdəki səfirləri Türkiyə ilə aparılan danışıqlar barədə məlumatlandırılıb


Bu gün Ermənistan parlamentinin vitse-spikeri, rəsmi İrəvanın Türkiyə ilə münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan bir neçə ölkənin səfiri ilə görüşüb.

“Report” “NEWS.am”a istinadən xəbər verir ki, görüş diplomatların müraciəti əsasında baş tutub.

R.Rubinyan Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün aparılan danışıqlardakı son durum, həmçinin xüsusi nümayəndələrin dördüncü görüşü nəticəsində əldə edilmiş konkret razılaşmalar barədə məlumat verib.

Qeyd edək ki, görüşdə İsveçin Ermənistandakı səfiri Patrik Svensson, Finlandiyanın səfiri Kirsti Narinen, Estoniyanın səfiri Rina Kalyurand və başqa diplomatlar iştirak ediblər.
Xəbəri paylaş