Bu gün Ukraynanın Sumı vilayətinin Yeni Sloboda kəndində 1942-ci ildə nasistlər tərəfindən qətlə yetirilmiş uşaq, qadın və qoca daxil olmaqla 600 yaxın şəxsin xatirəsi yad edilib.
Newscenter.az-a Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğundan bildirilib ki, mərasimə toplaşanlar xatirə abidəsinin önündə qanlı faciədə qətlə yetirilən şəxslərin xatirəsini yad ediblər.
2020-ci ildə Azərbaycanın fəxri konsulluğu tərəfindən qeyd edilən abidəyə Xocalı soyqrımı ilə bağlı da informasiya lövhəsinin qurulması təklifi irəli sürülmüşdür. Belə ki, “Kolokol skorbi” memorialına Krukova, Lidica, Xatın, Pirçupis qətliamları ilə bağlı informasiya lövhəsi əlavə edilib. Artıq memorial kompleksdə Xocalı soyqrımı ilə bağlı informasiya stendi quraşdırılıb. Qeyd edək ki, memorial kompleks Azərbaycanın fəxri konsulluğunun himayəsinə götürülüb və onun saxlanılması və abadlaşdırılması üçün işlərə dəstək göstərilir.
Mehman