Rusiyanın xarici işlər naziri Sergey Lavrov İndoneziyanın Bali adasında keçirilən “G-20”liyin toplantısını yarımçıq tərk edib.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iyulun 8-də DPA agentliyinə müsahibəsində bildirib.
Məlumata görə, S.Lavrov rəsmi naharda iştirak etməyəcək, habelə günün ikinci yarısında “G-20”liyin iclasına qatılmayacaq.
Qeyd edək ki, “G-20”liyə üzv dövlətlərin xarici işlər nazirləri rusiyalı həmkarlaı ilə birgə şam yeməyindən və ailə fotosu çəkdirməkdən imtina ediblər.
Xatırladaq ki, iyulun 7-də qrupun xarici işlər nazirlərinin görüşü başlayıb.