Avropada COVID-19-a yoluxanların sayı artmağa başlayıb. Koronavirusun simptomları peyvənd edilmiş insanlarda da görünür.
Newscenter.az-ın məlumatına görə, “Report” xarici KİV-ə istinadən xəbər verir ki, “ZOE Health Study” tədqiqatçıları aşılanmış insanlar arasında ən çox rast gəlinən bir simptom aşkar ediblər.
Bildirilib ki, tam peyvənd olunmuş şəxslərdə COVID-19-un əlamətdar simptomu asqırmadır.
“Əgər aşılanmısınızsa və izah edilməyəcək qədər çox asqırmağa başlamısınızsa, xüsusən də xəstəlikdən daha çox risk altında olan insanların yanında yaşayırsınızsa və ya işləyirsinizsə, COVID-19 testindən keçməlisiniz”, - araşdırmaçılar vurğulayıb.
Qeyd edək ki, Avropa ölkələrində son sutkada 44 471 koronavirusa yoluxma faktı aşkarlanıb. Eyni zamanda xəstəlik 160 nəfərin həyatına son qoyub.