Ermənistan cəmiyyəti birmənalı şəkildə anlamalıdır ki, Sarkisyan-Köçəryan cütlüyü və onların rəhbərlik etdiyi revanşist qüvvələr xalqı uçuruma aparır. Bu gün Ermənistanda hər bir sahədə dərin böhran hökm sürür. Bütün bunların əsas səbəbkarı məhz Sarkisyan-Köçəryan cütlüyü və onların rəhbərlik etdiyi revanşist qüvvələrdir. Azərbaycan İkinci Qarabağ müharibəsində qazandığı qələbə ilə həm də illərdi erməni cəmiyyətini öz yalanları ilə aldadan Sarkisyan-Köçəryan cütlüyünün bütün yalanlarını ifşa etmiş oldu. Lakin İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətə baxmayaraq həmin qüvvələr yenə də öz çirkin niyyətlərindən əl çəkmirlər.
Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, revanşist qüvvələrin öz mənafeləri naminə əl atdığı bütün təxribatlar Ermənistandakı mövcud vəziyyəti daha da ağırlaşdırır. Artıq Ermənistan cəmiyyəti ayılmalı və onları illərdir aldadan, uçuruma aparan revanşist qüvvələri birdəfəlik rədd etməlidir:
“Ermənistan xalqı anlamalıdır ki, Ermənistanın xilası və mövcud ağır vəziyyətdən yeganə çıxış yolu Azərbaycanla münasibətlərin normallaşmasından və sülh müqaviləsinin bağlanmasından asılıdır. Əks halda revanşist qüvvələrin hansısa xülyalara qapılaraq əl atdığı təxribatlar Ermənsitanın bir dövlət kimi məhv olmasına gətirib çıxaracaq.”
Ruhiyyə