Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının fəalları Qurban bayramı münasibətilə sosial aksiya keçiriblər.
Newscenter.az xəbər verir ki, fəallar şəhidlərin ailələrini, qaziləri, müharibə iştirakçılarını ziyarət ediblər. Onları Qurban bayramı münasibətilə təbrik edib və sovqat təqdim ediblər.
Ünsiyyət zamanı dövlətin şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan söz açılıb. Qeyd olunub ki, 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub.
Şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları da öz növbələrində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Ruhiyyə