Moskva-İrəvan təyyarəsi göyərtəsindəki davaya görə Samarada məcburi eniş edib.
Newscenter.az-ın məlumatına görə, "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya DİN-in rəsmi nümayəndəsi İrina Volk deyib.
Polis Samarada təcili eniş zamanı dava edən şəxsi həbs edib və barəsində inzibati protokollar tərtib olunub.
Onun barəsində üç inzibati maddə ilə protokollar tərtib edilib: nəqliyyatda davranış qaydalarını pozma, xırda xuliqanlıq, ictimai yerlərdə sərxoş vəziyyətdə görünmə.