Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nəticə verməyən danışıqların alternativi bəllidir

Nəticə verməyən danışıqların alternativi bəllidir


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Yunanıstanın dərgisinə verdiyi müsahibədə deyib ki, dünyanın diqqəti Ukraynaya yönəldiyi məqamda Azərbaycan “genişmiyaslı təxribat həyata keçirə bilər”. Aydındır ki, Mirzoyan “genişmiqyaslı təxribat” dedikdə Azərbaycanın müharibəyə başlaya biləcəyini nəzərdə tutub. Mirzoyan yunan jurnalistə Cənubi Qafqazda vəziyyətin kövrək olduğunu bildirib.

Ararat Mirzoyan bu açıqlamalarla həm beynəlxalq aləmi, həm də erməni ictimaiyyətini növbəti müharibə ilə qorxutmağa çalışıb. Oxşar sözləri Ermənistanın baş naziri Nikol Paşinyan da bugünlərdə yerli televiziya kanalına söyləmişdi. Paşinyanın və Mirzoyanın son açıqlamaları onun etirafıdır ki, iki ölkə arasındakı razılaşmalar yerinə yetirilmir və il yarımdır aparılan müxtəlif səpgili danışıqlar nəticə vermir. Nəticə verməyən danışıqların alternativi isə bəllidir. Ermənistanın baş qərargah rəisinin müavini Azərbaycan ərazilərinə hələ də qanunsuz hərbi birləşmələr göndərilməsi ilə bağlı etiraf edəndə bölgədə durum elə kövrək olmalıdır...

Elxan Şahinoğlu-"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri
Xəbəri paylaş