Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Qələm və siyasət" adamlarının Razi Nurullayev hədəfi

"Qələm və siyasət" adamlarının  Razi Nurullayev hədəfi


Özünü qələm, siyasət adamı kimi cəmiyyətə sırıyan bəzi məxluqlar kələfin ucunu tamamilə itiriblər. Nə qədər ədalətsiz, haqsız və ləyaqətsiz olmalısan ki, xalqın sözün deyən, real xalqa kömək və yardım edən, bütün inzibati orqanlarda, parlamentdə hər bir vətəndaşın hüquq və azadlıqları, sosial haqqları barədə çarpışan, sözün əsl mənasında millət vəkili Razi Nurullayevə qarşı şər-böhtan yolu tutasan.
Hamıya məlumdur ki, Milli Məclisin ən aktiv deputatı olan Razi bəyim bütün imkanları, partiya resursları ancaq əhalinin problemlərinin həllinə səfərbər edilib.

Haqq üçün, Allah xatirinə deyin, hansı deputatın, hansı partiya sədrinin qəbuluna istədiyiniz vaxt girə bilirsiz? Hansı deputat gecə-gündüz üç ayrı-ayrı yerlərdə qəbullar keçirib əhaliyə kömək edir? Hansı partiya sədri, deputat vətəndaşdan ötəri nazirlə düşmən olur? Hansı deputat, partiya sədri vətəndaşdan ötəri hüquq-mühafizə orqanlarına, məhkəmələrə özü şikayətçi kimi müraciət edir? Hansı partiya sədri, deputat üç mindən çox şəhid, qazi və veteranın ailəsinin ayağına getməklə onların problemlərini həll edib?

Haqq görünmür, ya onu görmək istəməmirlər, sözsüz ki, bilərəkdən özünü qanmazlığa vuranı qandırmağa çalışmaq əhəmiyyətsiz vaxt itkisidir.

Özünü "qələm adamı" kimi, "siyasət adamı" kimi virtual cəmiyyətə soxanlar Razi bəy kimi şəxslərə hücum etməklə özlərinin varlığını göstərib yal axatarışında olanlardır. Əlbəttə ki, sizin kimi məxluqlarla görə partiya sədri, deputat Razi Nurullayev və onun komandası xalqa xidmətindən imtina edən deyil, əksinə daha da əzmlə işləyəcəyik. Sizin kimi məxluqlar pisliyindən əl çəkmirlərsə, niyə Razi bəy və onun komandası yaxşılığından əl çəkməlidir. Müdrik və qədirbilən Azərbaycan xalqının bir gözəl məsəli var - "İt hürər, karvan keçər!"
Siz ulaşmaqda , biz də yolumuzda davam edək.

Vüqar Dadaşov

Milli Cəbhə Partiyası - MCP
Xəbəri paylaş