Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şabranda meşə yanğını magistral yolu bağlayıb

Şabranda meşə yanğını magistral yolu bağlayıb


Şabran rayonunda meşə yanğını baş verib. Güclü yanğın nəticəsində magistral yol bağlanıb, bölgədəki bir sıra ictimai-iaşə obyektləri yanıb.

Newscenter.az-ın məlumatına görə, "Report"un Şimal bürosu xəbər verir ki, rayonun Ağalıq kəndində baş verən yanğının miqyası getdikcə genişlənir.

Belə ki, avtomobillərin hərəkəti üçün ciddi təhlükə yarandığından Gəndob-Xaçmaz-Yalama avtomobil yolu bağlanıb. Həmçinin ətrafda yerləşən bir sıra ictimai iaşə obyektləri yanıb.

Meşə massivindən ətrafa yayılan yanğın yaxınlıqda olan kənd üçün təhlükə yaratmaqda davam edir.

Yanğın nəticəsində ətrafda yerləşən kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb.

Kənd sakinləri yanğının ilkin olaraq ərazidən keçən yüksək gərginlikli elektrik xəttində baş verdiyini bildirib.

Qısaqapanma nəticəsində biçilən əkin sahəsi alışıb və güclü külək nəticəsində yanğının miqyası genişlənib.

Alovun qarşısını almaq getdikcə çətinləşir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Hissələrinin əməkdaşları yanğını söndürməyə çalışırlar.
Xəbəri paylaş