İyul ayının 13-də Kekalove Adaptive tərəfindən əlilliyi olan modellərlə birgə moda nümayişi keçiriləcək.
Newscenter.az xəbər verir ki, Kekalove Adaptive startapının təşkilatçılığı, ABŞ Beynəlxalq İnkişaf Agentliyi və İnkişaf və Əməkdaşlıq üzrə İsveçrə Agentliyinin dəstəyi və JW Marriott Absheron otelinin ev sahibliyi ilə ölkəmizdə artıq 3-cü dəfə əlilliyi olan şəxslər tərəfindən adaptiv geyim kolleksiyasının təqdimatı keçirilicək. Tədbirin məqsədi əlilliyi olan şəxslərin ehtiyaclarını nəzərə alan xüsusi geyim dizyanlarını - adaptiv geyimləri nümayiş etdirməkdir. Kolleksiyanın müəllifi Azərbaycanın ilk peşəkar adaptiv geyim dizayneri Rəşidə Əliyevadır.
Moda şousu iyulun 13-ü saat 19:00-da JW Marriott Absheron otelində baş tutacaq.
Tədbir ABŞ Beynəlxalq İnkişaf Agentliyi, İnkişaf və Əməkdaşlıq üzrə İsveçrə Agentliyi, JW Marriott Absheron oteli, EVZ Fondu, Ottobock şirkəti, Altun Studio, DanceAbility Azərbaycan İnklüziv Performans Şirkəti, Joy Uşaq İnkişaf Mərkəzi və KekaMaps təşəbbüsünün dəstəyi ilə həyata keçirilir.
Kekalove Adaptive 2019-cu ildən fəaliyyət göstərir. Sosial biznesin məqsədi əlilliyi olan şəxslər üçün rahat və dəbli geyimlər hazırlamaqdır. Kekalove Adaptive Creative Spark Big İdea biznes müsabiqəsinin və Start.up! Germany Tour müsabiqəsinin qalibi və 2020-ci il Yunus&Youth sosial biznes akseleratorunun məzunudur. Bu moda şou startapın bu qəbildən sayca üçüncü tədbiridir.
Mehman