Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan və Ermənistanın Baş naziri arasında telefon danışığı olub

Ərdoğan və Ermənistanın Baş naziri arasında telefon danışığı olub


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Newscenter.az-ın məlumatına görə, “Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin Mətbuat Xidməti məlumat yayıb.

N.Paşinyan Türkiyə Prezidentini Qurban bayramı, Ərdoğan isə Ermənistanın Baş nazirini qarşıdan gələn Vardavar bayramı münasibətilə təbrik edib.

"Liderlər iki ölkə arasında münasibətlərin nizamlanması prosesinin vacibliyini vurğulayıblar. Bunun regionda sülh və sabitliyin möhkəmlənməsinə töhfə verəcəyi qeyd edilib", - məlumatda vurğulanıb.

Tərəflər iyulun 1-də Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin əldə etdiyi razılaşmaların yaxın gələcəkdə həyata keçiriləcəyinə ümid etdiklərini söyləyiblər.

Qeyd edək ki, bu, Ərdoğanla Paşinyan arasında telefon danışığı vasitəsilə reallaşan ilk təmasdır.
Xəbəri paylaş