Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xaçmaz-Xudat yolu bağlanıb, istirahət mərkəzinin əməkdaşları təxliyə olunub

Xaçmaz-Xudat yolu bağlanıb, istirahət mərkəzinin əməkdaşları təxliyə olunub


Xaçmaz-Xudat avtomobil yolu bağlanıb.

Newscenter.az-ın məlumatına görə, "Report"un Şimal bürosu xəbər verir ki, buna səbəb Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında baş verən yanğın hadisəsidir.

Məlumata görə, hazırda Gəndob-Yalama yolu istiqamətindən keçən hissədə müvəqqəti postlar qurulub, nəqliyyat vasitələri alternativ yollara yönləndirilir.

Güclü külək yeni yanğın ocaqlarının yaranmasına səbəb olur, bu səbəbdən qabaqlayıcı tədbirlər görülür.

Ərazidəki istirahət mərkəzinin və yanacaqdoldurma məntəqəsinin əməkdaşları təxliyə olunub.
Xəbəri paylaş