Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

463 milyon tondan çox Azərbaycan nefti BTC vasitəsilə nəql edilib

463 milyon tondan çox Azərbaycan nefti BTC vasitəsilə nəql edilib


Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixracı boru kəmərinin Türkiyə hissəsinin, Ceyhandakı dəniz ixrac terminalının və bütövlüklə BTC ixrac boru kəməri sisteminin tam istismara verildiyi 2006-cı ilin 13 iyul tarixindən indiyə qədər sözügedən boru kəməri vasitəsilə 463 milyon tondan çox Azərbaycan nefti Xəzərdən Aralıq dənizinə nəql olunub.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Energetika Nazirliyi yayıb. Bildirilib ki, üç dənizin əfsanəsi hesab edilən BTC üç ölkənin ərazisindən keçərək 1 768 km məsafəyə uzanan dünya səviyyəli bir boru kəməridir:

“Beynəlxalq bazarlara təhlükəsiz və etibarlı çıxış təmin edən BTC kəmərinin ötürücülük gücü gündəlik 1,2 milyon barreldir”.

Sevinc
Xəbəri paylaş