Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bayram günlərində təcili yardıma 2 mindən çox çağırış olub

Bayram günlərində təcili yardıma 2 mindən çox çağırış olub


Bayram günlərində TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası gücləndirilmiş iş rejimində çalışıb.

Newscenter.az TƏBİB-ə istinadən xəbər verir ki, həmin müddətdə təcili tibbi yardım üçün tam heyət - 130-a yaxın briqada fəaliyyət göstərib.
Bayram günlərində stansiyaya gün ərzində 2000-2200 arası çağırış daxil olub. Ən çox çağırış sayı isə (2200) 10 iyul tarixində qeydə alınıb.

Müraciət səbəbləri əsasən, təzyiq, ürək problemləri, halın pisləşməsi, müxtəlif növ travmalar və s. ilə bağlı olub.

Sevinc
Xəbəri paylaş