Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq.
Newscenter.az xəbər verir ki, "Report"un məlumatına görə, ikinci oyun günündə 6 qarşılaşma keçiriləcək.
"Ferentsvaroş" Macarıstanda Qazaxıstan "Tobol"unu qəbul edicək. Komandalar arasındakı ilk görüşdə hesab açılmayıb.
"Dinamo" (Batumi) klubu Gürcüstanda Slovakiyanın "Slovan" (Bratislava) kollektivi ilə üz-üzə gələcək. Bratislavadakı ilk qarşılaşmada qolsuz heç-heçə qeydə alınıb.
"Budye Qlimt" Norveçdə Farer adalarının "Klasksvik" komandasını sınağa çəkəcək. Meydan sahibləri ilk matçda 3:0 hesablı qələbə qazanıb.
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunları
21:00. "Dinamo" (Batumi, Gürcüstan) - "Slovan" (Bratislava, Slovakiya)
İlk oyun - 0:0
21:00. "Klasksvik" (Farer adaları) - "Budye Qlimt" (Norveç)
İlk oyun - 0:3
21:00. "Şaxtyor" (Soliqorsk, Belarus) - "Maribor" (Sloveniya)
İlk oyun - 0:0
22:00. "Ferentsvaroş" (Macarıstan) - "Tobol" (Qazaxıstan)
İlk oyun - 0:0
22:30. ÇFR (Rumıniya) - "Pünik" (Ermənistan)
İlk oyun - 0:0
22:45. “Linfild” (Şimali İrlandiya) - TNS (Uels)