Aydınlıq gətirmək üçün bildiririk ki, Ağdaş rayon sakini, II Qarabağ müharibəsinin iştirakçısı Elvin Məmmədov məişət şəraitində ehtiyyatsızlıqdan bədəninin döş qəfəsinin, qarın nahiyyəsinin, sol qolun yanığı diaqnozu ilə 10.07.2022-ci il tarixində xəstəxanaya müraciət edib. Xəstəyə Ağdaş Mərkəzi Xəstəxanasında təcili tibbi yardım göstərilərək, Nərimanov Tibb Mərkəzinə təxliyyə edilib.
Newscenter.az xəbər verir ki, TƏBİB-in açıqlamasında bu barədə qeyd olunur. Məlumatda bildirilir ki, Elvin Məmmədovun vəziyyəti stabildir və qısa müddət ərzində ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulur.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan xəbərlərdə qazi Elvin Məmmədovun intihar etdiyi iddia olunurdu.