Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putin və Rəisinin pərdəarxası danışıqları

Putin və Rəisinin pərdəarxası danışıqları


Rusiya Prezidenti Vladimir Putinin gələn həftə İrana səfər edəcəyi gözlənilir. Bu barədə İran parlamentindən bildirilib. Məlumata görə, Prezident Vladimir Putin gələn həftə İran və Rusiya arasında iqtisadi əlaqələrin genişləndirilməsi planını müzakirə etmək üçün Tehrana səfər edəcək. Onun iranlı həmkarı İbrahim Rəisi ilə təkbətək görüş keçirəcəyi gözlənilir.

Tərəflərin iqtisadi əlaqələrin genişləndirilməsi planını müzakirə etmələri prioritet məsələ deyil. Bu, liderlərin daha vacib məqamlar barədə fikir mübadiləsi aparmaları və razılığa gəlmələri üçün fürsətdir.

Məsələ ondan ibarətdir ki, bundan əvvəl region ölkələrinin XİN başçılarının qarşılıqlı səfərləri, müzakirələri olmuşdu. Həmin görüşlərdən sonra liderlər arasında təmasların da olacağı gözlənilən idi.

Kreml sivil dünyadan təcrid olunmaqdadır. Bir çox dövlət Rusiyanı “iqnor edir”. Moskvanın nəinki müttəfiqləri, hətta onunla “yola gedən” dövlətlər belə, barmaqla sayıla biləcək qədər azdır. Onlardan biri də İrandır. Rusiya, heç olmasa, bir neçə dövlətin, o cümlədən İranın onun yanında olduğundan, “arxadan zərbə” vurmayacağından əmin olmaq istəyir.

Putinlə Rəisinin müzakirə edəcəyi bir neçə əsas məsələ var. Bunlardan birincisi, şübhəsiz ki, Şərqi Avropada davam edən müharibədir. Tehran hələlik proseslərə mümkün qədər neytral yanaşmağa çalışır. Amma, yəqin ki, müharibə bir az da uzansa daha konkret mövqe sərgiləməyə məcbur olacaq.

Doğrudur, Moksva ilə Tehranın mövqeyi bəzi məsələlərdə də üst - üstə düşmür. Bunu əvvəllər də dəfələrlə görmüşük. Lakin eyni zamanda nəzərə almaq lazımdır ki, Rusiya ilə İranı bir - birinə bağlayan tarixi əlaqələr var. Bu iki dövlət zaman- zaman "paslaşmağı da" bacarırlar. İran başa düşür ki, Rusiyadan sonra Qərbin növbəti hədəflərindən biri də özüdür. Ona görə bu müharibədə Rusiyanın uduzmağı İrana sərf etmir. Tehran açıq- aydın Moskvanı dəstəkləyəcəyi təqdirdə isə Qərbin sərt sanksiyaların ilə üzləşəcəyini bilir. Bu səbəbdən də hələlik "yaxasını kənara çəkib". Lakin bu, uzunmüddət davam edə bilməz. Yəqin ki, prezidentlər bu mövzu ətrafında ətraflı danışacaqlar.

Həmçinin prezidentlər regiondakı mövcud durum barədə də danışacaqlar. Bu kontekstdə tərəflərin xüsusilə Ermənistanla Azərbaycan və Türkiyə arasında münasibətlərin normallaşması barədə fikir mübadiləsi aparmaları mümkündür.

Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesisinin Tehranın ürəyincə olacağını düşünmürəm. Odur ki, Rusiya və İran liderləri arasında bu prosesə mane olmaqla bağlı hansı gizli danışıqların baş tutacağı istisna deyil. Beləliklə, İran həm də müharibədə birmənalı şəkildə Rusiyanı dəstəkləmədiyi üçün "günahını yuya bilər".

Dediyimiz kimi, regional məsələlər gündəmdə olacaq. Deməli, Rəisi ilə Putinin regionun ehtimal olunan gələcək siyasi mənzərələrindən biri olan altılıq platforması barədə fikir mübadiləsi aparmaları da mümkündür.

Bütün hallarda görüşün hansısa nəticələrlə, razılıqlarla yadda qalacağını düşünürəm.

Kənan Novruzov-siyasi ekspert
Xəbəri paylaş