Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Reallıq qiymətləri artıran Azərbaycan hökumətinin xeyrinə deyil

Reallıq qiymətləri artıran Azərbaycan hökumətinin xeyrinə deyil


"Azərbaycanda yanacağın qiymətini xarici ölkələrlə müqayisə edəndə 2 meyar əsas götürülməlidir. Birinci meyar olaraq neft ixrac edən ölkələr seçilməlidir. İkinci meyar olaraq inkişaf etməkdə olan ölkələr götürülməlidir. Yalnız bu halda bizdə yanacağın qiymətinin digər ölkələrdən "nə qədər ucuz olması" iddiasını irəli sürmək olar".

Newscenter.az xəbər verir ki, bu fikirləri iqtisadçı Samir Əliyev səsləndirib. O bildirib ki, TV kanallarda "tezis ekspertlərin" dövri olaraq qiymət artımını əsaslandırması qeyd edilən meyarlar əsasında aparılmalıdır:

"Reallıq isə qiymətləri artıran Azərbaycan hökumətinin xeyrinə deyil. Qeyd edilib ki, yanacağın qiyməti hökumət tərəfindən rəsmi (Aİ-92, dizel) və qeyri-rəsmi (Aİ-95, Aİ-98) olaraq tənzimlənir. Neft-qazın bahalaşması ölkəyə əlavə milyardlar qazandırdığı halda hökumət əli cibində qazandığı gəlirlərdən bir neçə milyonu yanacağa hədiyyə etmək istəmir. Müqayisə üçün deyim ki, Rusiyada Aİ-95 markalı benizinin litri 0,85 USD, Qazaxıstanda 0,4 USD, S.Ərəbistanında 0,6 USD, Kuveytdə 0,3 USD təşkil edir. Mən hələ İranı, Venesuelanı, Anqolanı, İraqı, Nigeriyanı demirəm. Əgər litri 2,4 avro olan Norveçlə, 2,3 avro olan Niderlandla, 1,4 dollar olan ABŞ-la müqayisə etmək istəyirsinizsə, bu müqayisə uğurlu deyil. Çünki 2-ci meyara uyğun gəlmirlər. Norveç, Niderland inkişaf etmiş ölkədir və orda insanların qazancı Azərbaycanda dəfələrlə yüksəkldir".

Mehman
Xəbəri paylaş