Görünən odur ki, müzakirələrin əsas predmeti 1. Suriya olacaq. Məlumdur ki, adı çəkilən dövlət həm Tehran, həm də Moskva üçün olduqca vacib strateji məntəqə mahiyyətini daşıyır. İstisna deyil ki, tərəflər görüşdə konkret yol xəritəsini müzakirə edəcəklər. Məlumdur ki, Ankara Suriyanın şimalında yeni antiterror əməliyyatının keçirilməsini hədəfləyir hansına ki, Tehranda nəinki soyuq yanaşırlar, hətta açıq - aşkar qarşı çıxırlar. Kreml də Ərdoğanın bu məqsədinə isti yanaşmır. Öz növbəsində, Türkiyənin əsas istəyi - həm ABŞ, həm də Rusiya ilə 35- 40 km enində bufer zona yaratmaqdır. Ankara Fəratın qərbində Tel Rifat və Mənbic, Fəratın şərqində isə Aynel Arap və Qamışlı bölgələrindən kürd terrorçularını çıxararaq orada türkmanlardan ibarət çəpər yaratmaq fikrindədir.
İstisna deyil ki, Putin və Rəisi Ərdoğana müəyyən şərtlər qoymaq istəsələr də, hazırda Türkiyənin vəziyyətini nəzərə alaraq təkliflərin məhz Ankara tərəfindən ediləcəyi gözləniləndir. Burada Türkiyə, İran və Rusiyanın üst - üstə düşən bir baxış bucağı onlar arasında anlaşmanı məqbul edə bilər. Üst - üstə düşən baxış ondan ibarətdir ki, Suriya bütöv qalmalıdır. Bu Qərbdəki bəzi diarələrin planına ziddir ki, mövcud durum üç ölkəni Astana prosesini
davam etdirməyə sövq edir.
2. Ermənistan.
Türkiyə - Ermənistan sərhəddinin açılışı 2022 ci ilin iyun- avqust aylarında nəzərdə tutulmuşdu. Lakin, İrəvanın Azərbaycana verdiyi sözü hələ də tutmaması sərhəd məsələsi ətrafında bir sıra suallar yaratdı. Düzdür, son telefon danışığı onu göstərir ki, həm Paşinyan, həm də Ərdoğan sərhəddin tez bir şəkildə açılması üçün yaxın ərazilərin minalardan təmizlənməsinə başlayıblar. Bu, Qafqazda yeni müharibə riskini azaltsa da, Ermənistanın hələ də təxribatçı çıxışları Bakı və Moskva arasında "Ermənistanla bağlı anlaşma"nı ortaya qoya bilər. O ki qaldı, İrana məlum məsələdir ki Bakı- İrəvan- Ankara arasındakı mümkün açılım siyasəti Tehranda ciddi etirazla qarşılanır. İran bu məsələyə açıq - aşkar müdaxilə edə bilməyəcəyini anlayır və bütün ümidləri Rusiyayadır. Rusiya isə, öz növbəsində Ukrayna hadisələri fonunda yeni bazarlıq fikrində ola bilər.
3) Ukrayna.
Hazırda dünyanın ən aktual probleminin Ukraynada davam etməkdə olan müharibə olsa da, bu mövzu birbaşa olaraq çox güman ki, dərindən müzakirə predmeti olmayacaq. Lakin, Qara dənizin gələcəyi, taxıl problemi və regional təhlükəsizliklə bağlı ciddi müzakirələrin gedəcəyi gözlənilir.
Zaur Məmmədov-Bakı Politoloqlar Klubunun prezidenti