Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xidməti olmayanın Şuşaya komandir təyin edilməsi səhv addımdır

Xidməti olmayanın Şuşaya komandir təyin edilməsi səhv addımdır


Problemin həllini onun ictimai müzakirəsi təmin edə bilər. İctimai qınaq olmayan cəmiyyət inkişaf edə bilməz.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən hərbi ekspert Ədalət Verdiyev deyib ki, bəy tərifi ilə problemi ört basdır etmək böhranı dərinləşdirir:

"Xalqın və ordu heyəti arasında nüfuzu olmayanların vəzifə təyinatına daim qarşı olmuşam. Orduda istefa ərizələrinin sayı nə maaş, nə təminatla bağlı deyil. Qalib ordunun zabiti müharibədə iştirak edən, cəsur və ədalətli, rüşvətdən uzaq generalların rəhbərliyi altında xidmət etmək istəyir. Xidməti olmayan qohum əqrabanın Şüşaya və ya Gəncəyə yem yerinə komandir təyin efilməsi səhv addımdır. İnanmayanlar şəbəkədə sorğu keçirə bilər".

Mehman
Xəbəri paylaş