Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aİ rəsmisi İrəvanda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edib

Aİ rəsmisi İrəvanda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edib


Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanla görüşüb.

Newscenter.az-ın məlumatına görə, “Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, görüşdə Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Andrea Viktorin də iştirak edib.

Görüş zamanı tərəflər regional prosesləri müzakirə edib, mövcud çağırışlar və onlara qarşı mübarizə imkanları barədə fikir mübadiləsi aparıblar.

Bundan əvvəl T.Klaar Ermənistanın Baş naziri Nikol Paşinyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla da danışıqlar aparıb. Görüş zamanı İrəvanla Bakı arasında münasibətlərin nizamlanması üzrə Brüssel prosesi müzakirə olunub.
Xəbəri paylaş