Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AXA-nın əməkdaşları Polşa və Macarıstanda keçirilən təlimdə iştirak edirlər

AXA-nın əməkdaşları Polşa və Macarıstanda keçirilən təlimdə iştirak edirlər


Aqrar Xidmətlər Agentliyinin nümayəndə heyəti Kənd Təsərrüfatı Nazirliyi, Avropa Birliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə icra etdiyi “Aqrar məsləhət xidmətlərinə dəstək” layihəsi çərçivəsində Polşa və Macarıstan Respublikalarında keçirilən təlimdə iştirak edirlər.

Newscenter.az Agentliyə istinadən xəbər verir ki, təcrübə mübadiləsi xarakterli bu səfərdə əməkdaşlarımız hər iki ölkənin aqrar məsləhət xidməti ilə məşğul olan dövlət və özəl qurumların aidiyyəti mütəxəssisləri ilə görüşür, o cümlədən hər iki ölkədə olan nümunəvi təsərrüfatlara səfər edərək, onların fəaliyyətləri ilə yaxından tanış olurlar. Səfər zamanı nümayəndə heyətimiz hər iki ölkənin Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri tərəfindən qəbul edilmiş və onlarla fikir mübadiləsi aparılıb.

Mehman
Xəbəri paylaş