Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan gələn həftə Brüsseldə Avropaya qaz nəqlinin artırılması ilə bağlı danışıqlar aparacaq

Azərbaycan gələn həftə Brüsseldə Avropaya qaz nəqlinin artırılması ilə bağlı danışıqlar aparacaq


Azərbaycan hökuməti ilə Avropa İittifaqının təbii qaz idxalının artırılması və Cənub Qaz Dəhlizinin genişləndirilməsinin dəstəklənməsi haqqında saziş layihəsini müzakirə etmək üçün Aİ-nin enerji üzrə komissarı Kadri Simson iyulun sonunda Bakıya səfər etməyi planlaşdırır.

Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “EUobserver” məlumat yayıb.

"Biz tədarükləri artırmaq üçün sıx əməkdaşlıq edirik", - deyə Aİ sözçüsü bildirib.

Bu səfərdən əvvəl hər iki tərəfin rəsmiləri iyulun 19-da Brüsseldə danışıqlar aparacaqlar.

Müvafiq hökumətlərin təsdiqini tələb edən və dəyişdirilə bilən Anlaşma Memorandumu layihəsi Avropa İttifaqının Ukraynadakı müharibədən sonra Rusiya qazından asılılığını azaltmaq səylərinin bir hissəsidir.

“Tərəflər kommersiya məqsədəuyğunluğuna və bazar tələbinə uyğun olaraq 2027-ci ilə qədər hər il ən azı 20 milyard kubmetr qaz həcmində Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqına ixrac da daxil olmaqla ikitərəfli təbii qaz ticarətini dəstəkləməyi hədəfləyirlər”, - deyə sənəddə bildirilir.

Tədarükün artması həm də Azərbaycandan qaz hasilatını genişləndirməyi tələb edəcək.

Müqavilə layihəsində deyilir ki, Aİ və Azərbaycan həmçinin bərpa olunan enerjini təşviq etmək və hidrogenlə gələcək ticarəti müzakirə etmək üçün elektrik enerjisi əlaqələrinin inkişafını araşdıracaqlar.

Qeyd edək ki, Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Qaz Boru Kəməri (TAP) son bir neçə gündə maksimum ötürmə gücünə çatıb.

Söhbət sutkada 33 milyon kubmetr həcmində təbii qazın ötürülməsindən gedir ki, bu da illik orta hesabla təqribən 12 milyard kubmetr qaz deməkdir. Bu həcmlərin 10,5 milyard kubmetri İtaliyaya nəql ediləcək. Uzunmüddətli məqsəd boru kəmərinin ötürmə qabiliyyətini iki dəfə artırmaqdır.

TAP-ın ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliyanın cənubundan keçir. Qaz kəmərinin ötürmə qabiliyyətinin iki dəfə artırılması, ildə 20 milyard kubmetrə qədər çatdırılması planlaşdırılır.

TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

2021-ci ildə Azərbaycan 19,2 milyard kubmetr, o cümlədən Avropaya 8,2 milyard kubmetr qaz ixrac edib.
Xəbəri paylaş