Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan müdafiə və milli təhlükəsizlik xərclərini 21 % artırıb

Azərbaycan müdafiə və milli təhlükəsizlik xərclərini 21 % artırıb


2021-ci ildə Azərbaycanın dövlət büdcəsindən müdafiə və milli təhlükəsizliyə 4 541,613 milyon manat xərclənib.

Newscenter.az-ın xəbərinə görə, “Report” bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi "2021-ci il dövlət büdcəsinin icrası haqqında" qanuna istinadən xəbər verir.

Sənədə əsasən, bu, 2020-ci illə müqayisədə 20,9% çoxdur.

Müdafiə və milli təhlükəsizlik xərclərinin 1 838,524 milyon manatı (2020-ci illə müqayisədə 13% çox) müdafiə qüvvələrinə, 253,824 milyon manatı (5,5% çox) milli təhlükəsizliyə, 341,525 milyon manatı (22,5% çox) sərhəd xidmətinə, 3,365 milyon manatı (9,2% az) müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlara, 2 104,376 milyon manatı (31,2% çox) müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlərə yönəldilib.
Xəbəri paylaş