Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına yüksək diqqət və qayğı göstərilir

Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına yüksək diqqət və qayğı göstərilir


Azərbaycan dövləti şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına hər zaman xüsusi qayğı ilə yanaşmış və müvafiq kateqoriyadan olan şəxslərin sosial təminatının gücləndirilməsi dövlətimizin sosial siyasətinin prioritet hədəflərindən olmuşdur. Eyni zamanda şəhid ailələri, qazilər və müharibə veteranları Azərbaycan prezindeti cənab İlham Əliyevin diqqət mərkəzində olmuşdur. Ölkə başçısı, cənab Prezidentimiz İlham Əliyev tərəfindən şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına hərtərəfli dəstəyin göstərilməsi istiqamətində bir çox tədbirlər həyata keçirilmiş, sərəncamlar imzalanmış, qanunlar qəbul edilmişdir.

Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, postmüharibə dövründə ümumilikdə 3 500 mənzil şəhid ailələri, müharibə əlilləri və həssas təbəqədən olan digər şəxslərə verilmiş, 214 avtomobil isə müharibə əlillərinə təqdim olunmuşdur. 2021-ci ilin əvvəlindən şəhid ailələri və müharibə əlillərinin, Milli Qəhrəmanların təqaüdləri, 2022-ci ilin əvvəlindən isə müavinətlər, o cümlədən əlilliyə görə müavinətlər orta hesabla 60% artırılmışdır:

“Reabilitasiya müəssisələrində 2500-dən artıq qazinin sosial-psixoloji və reabilitasiya xidmətləri ilə təminatı həyata keçirilmişdir. Vətən müharibəsi zamanı xəsarət alaraq aşağı və yuxarı ətrafları amputasiya olunmuş 200 hərbçi, ümumilikdə isə 300 müharibə əlili yüksək texnologiyalı son nəsil protezlərlə təmin edilib”.

Eyni zamanda bir məqamı xüsusi vurğulamaq lazımdır ki, 2021-ci il sentyabrın 27-də keçirilən Anım Günündə təşkil olunan yürüşdə Ali Baş Komandan cənab İlham Əliyev şəhidimizin fotosu olan plakatı öz başı üzərinə qaldırmışdır – deyən Sədaqət Vəliyeva əlavə edib ki, bundan başqa Ali Baş Komandanımız dəfələrlə öz ad gününü işğaldan azad olunmuş ərazilərimizdə və şəhid ailələri ilə birgə keçirmişdir:

“Əlbəttə bütün bunlar Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin şəhidlərimizə, şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına olan diqqətinin bariz göstəricisidir”.
Xəbəri paylaş