Hər tarixi şəxsiyyət ömrünü xalqı üçün, dövləti, dövlətin dövlətçiliyi üçün yaşayır. Heydər Əliyev belə böyük tarixi şəxsiyyət idi.
Böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycana hakimiyyətə seçilməsi müttəfiq respublika kimi Azərbaycanın inkişafının başlanğıcı oldu. Bu inkişaf sosial həyatın bütün sahələrini əhatə edirdi. Bu, tarix kimi 1969-cu ilin 14 iyuludur.
Böyük siyasi və dövlət xadimi Heydər Əliyevin hakimiyyəti dövründə Respublikada iqtisadiyyatın da, kənd təsərrüfatının da, sənayenin də inkişafı böyük vüsət almışdı. Böyük tarixi şəxsiyyətin təşəbbüsü ilə Respublikamızda ittifaq əhəmiyyətli iri sənaye müəssisələri inşa edilirdi. Bu, təkcə iş yeri deyildi, həm də Azərbaycanı daha əhatəli şəkildə tanıtma vasitəsi idi.
Böyük tarixi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə Bakıda, eləcə də iri şəhərlərdə böyük mütəəfəkkirlərin, şairlərin, yazıçıların abidələri ucaldıdı, xalqımızın tarixini əks etdirən abidələrə xüsusi qayğı ilə yanaşıldı. “Kitabi Dədə Qorqud”un 1500 illiyinin beynəlxalq miqyasda qeyd edilməsi xalqımızın tarixinə qədərsiz sevginin təzahürü idi. Cəfər Cabbarlının, Nəsiminin, Həzi Aslanovun, Mehdi Hüseynzadənin və başqalarının abidələrinin ucaldılması həm gənc nəslin vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyətli idi. Həm də xalqımızın tarixinə böyük sevginin təzahürü idi.
Azərbaycanın dövlət nüsatəqilliyi bərpa edildikdən sonra xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Azərbaycanı qısa müddətdə düşdüyü kəskin siyasi böhrandan çıxartdı, Azərbaycanın dövlətçiliyini xilas etdi. Azərbaycan Ulu Öndərin siyasi dühası nəticəsində yüksək inkişaf mərhələsinə daxil oldu.
Ulu Öndər Azərbaycanda ordu quruculuğunu yeni inkişaf mərhələsinə qaldırdı.
Ulu Öndərin siyasi kursunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Onun böyük sərkərdəlik məharəti ilə torpaqlarımız işğaldan azad edildi.
Başlanğıcı 1969-cu il iyulun 14-də qoyulan bu yol Azərbaycanı daha nurlu sabahlara aparır.
Səbinə Xasayeva-Milli Məclisin deputatı