Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bulanıq suda balıq tutmaq istəyən təxribatçıların izi görünür-Nəsib Məhəməliyev

Bulanıq suda balıq tutmaq istəyən təxribatçıların izi görünür-Nəsib Məhəməliyev


“Laçında rus sülhməramlılarının SSRİ bayrağını qaldırmaları təxribatdır. Əgər belə bir fakt varsa, qəti şəkildə qarşısı alınmalıdır. Rusiya ilə Azərbaycan arasında dövlətlərarası münasibətlər qarşılıqlı hörmət və bərabərhüquqlu, mehriban qonşuluq üzərində qurulub. Ona görə də düşünmürəm ki, hansısa mövcud olmayan, tarixin arxivinə qovuşmuş dövlətin bayrağının qaldırılması rəsmi mövqedir”.

Newscenter.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

“Burada Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması əleyhinə olan, bulanıq suda balıq tutmaq istəyən təxribatçıların izi görünür. İstənilən halda, gələcəkdə belə halların təkrarlanmaması üçün konkret tədbirlər görülməli, sülhməramlılara xəbərdarlıq edilməlidir”, - deputat bildirib.
Xəbəri paylaş