Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DİN-dən küçə heyvanlarını yemləyən şəxsin cərimələnməsi barədə iddialara CAVAB

DİN-dən küçə heyvanlarını yemləyən şəxsin cərimələnməsi barədə iddialara CAVAB


Daxili İşlər Nazirliyi (DİN) kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Sumqayıt şəhər sakini olan qadının küçə heyvanlarını yemlədiyi üçün barəsində protokol tərtib olunması ilə bağlı yayılan iddialara münasibət bildirib.

Bununla bağlı DİN Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev Newscenter.az-a bildirib ki, Sumqayıt şəhər sakini 75 yaşlı Solmaz Hacıyeva çoxmənzilli binanın evinin qarşısında müvafiq qurumlar tərəfindən keçirilən dezinfeksiya işlərinə maneə törətdiyinə görə polis əməkdaşları onunla dəfələrlə profilaktiki söhbətlər aparıb.

Bundan başqa S.Hacıyeva qonşuların etirazına baxmayaraq həmin ərazidə küçə heyvanlarına yem verərkən antisanitar şəraitin yaranmasına səbəb olub. Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə qonşular tərəfindən edilən çoxsaylı müraciətlər əsasında Solmaz Hacıyeva barəsində İXM-nin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulduğuna görə) protokol tərtib olunub və sakinlərin istəyinə uyğun şəkildə ərazidə antisanitar vəziyyət aradan qaldırılıb.
Xəbəri paylaş