Tamamilə razıyam, Döyüşçüləri qızışdırmaq əvəzinə onları sakitləşdirib düzgün yol göstərməliyik.
Newscenter.az xəbər verir ki, bu fikirlər hərbi ekspert Ədalət Verdiyev səsləndirib. Ədalət Verdiyev sosial şəbəkədə etdiyi paylaşımda qazilərin üzləşdiyi problemlərlə bağlı onunla əlaqə yaratması üçün mobil telefon nömrəsini də qeyd edib və döyüşçülərin əlaqə saxlamasını istəyib:
"Mənim 070 241 45 69 telefonum 24 saat döyüşçülər üçün açıqdır. Həftəiçi 5 gün saat 12:00-dan 15:00-a qədər 055 265 44 33 nömrəsi ilə əlaqə saxlayaraq problemlərinin işıqlandırılması üçün QAZİ verlişinə də müraciət edə bilərsiniz. Mən də çox şikayətləri bu verlişə yönləndirirəm. Onlar isə müvafiq qurumlara müraciət edərək problemin həllinə nail olmağa çalışır".
Ekspert bildirib ki, düşmənə qalib gələnlər, azsaylı vicdan yoxsullarına da qalib gəlməlidir:
"Nə olar, əzib tapdaladığınız düşməni sevindirməyin".
Mehman