“Rusiyanın Ukraynaya qarşı müharibəsi davam edəcək”.
Newscenter.az-ın məlumatına görə, “Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron yerli KİV-ə müsahibəsində deyib.
“Yay və payızın əvvəli çətin keçəcək. Müharibənin davam edəcəyinə hazırlaşmaq lazımdır. Fransa daim Ukraynaya kömək edə biləcək”, - o bildirib.
Qeyd edək ki, daha əvvəl Makron savaşın ilin sonunadək çəkəcəyini demişdi. Onun fikrincə, Rusiya qalib gələ bilməz.