Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İki rayona yeni prokurorlar təyin edilib

İki rayona yeni prokurorlar təyin edilib


Kürdəmir və Ağdaş rayonlarına yeni prokurorlar təyin edilib.

“Report”un xəbərinə görə, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb.

Belə ki, Ağdaş rayon prokuroru Tural İbrahimov tutduğu vəzifədən azad edilərək Kürdəmir rayon prokuroru vəzifəsinə təyin olunub.

Habelə, Anar Əliyev Ağdaş rayon prokuroru vəzifəsinə təyin edilib.

Baş Prokurorluğun Mətbuat Xidməti "Report"a məlumatı təsdiqləyib.
Xəbəri paylaş