Bu ilin 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 2.3 artıb.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı energetika naziri Prəviz Şahbazov tvitter hesabından paylaşıb. Nazir qeyd edib ki, nəticədə 6 ay ərzində elektrik enerjisinin istehsalı 13 520.5 mln. Kilovatsaat təşkil edib.
Hesabat dövründə ixrac 664.1 mln., idxal isə 71.1 mln. Kilovatsaat olub.
Sevinc