Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkədə necə nəfər peyvənd olunub?

Ölkədə necə nəfər peyvənd olunub?


Azərbaycanda son sutkada 2 117 nəfər vaksinasiya olunub.

Newscenter.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 513, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 206 nəfərdir. Üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1213, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 185 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 785 739, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 360 446, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 855 736 təşkil edib. Üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 318 716, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 250 841 olub.
Xəbəri paylaş