Bakıda "Qarabağ" və İsveçrənin "Sürix" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu üçün təyinatlar açıqlanıb.
Newscenter.az-ın məlumatına görə, "Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Bosniya və Herseqovinadan olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Irfan Peljtoya Senad Ibrisimbegović və Davor Beljo laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Miloš Gigovic yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 19-da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Cavab matçı iyulun 27-də İsveçrədə olacaq.