Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə səfiri Polad Həşimovun anası ilə görüşüb

Türkiyə səfiri Polad Həşimovun anası ilə görüşüb


Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı milli qəhrəman, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova ilə görüşüb.

Newscenter.az-ın məlumatına görə, “Report” xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.

“Şəhidliyi ilə Vətən müharibəsinin başlanmasına zəmin yaradan qəhrəman komandir general Polad Həşimovu şəhadətinin ikinci ilində rəhmətlə anırıq. Səmayə anaya, qardaşı, bacısı, yoldaşı, övladları, silah yoldaşları, qəhrəman Azərbaycan ordusuna və millətinə baş və cansağlığı arzulayıram”, - paylaşımda bildirilib.
Xəbəri paylaş