Rusiya nümayəndə heyəti “G20” ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşündə iştirak etməməlidir.
Newscenter.az-ın məlumatına görə,
“Report” xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Canet Yellen deyib.
Onun sözlərinə görə, buna səbəb Rusiya ordusunun Ukrayna ərazisində hərbi əməliyyatı davam etdirməsidir.
“Rusiya nümayəndələrinə “G20” forumunda yer yoxdur. Mən açıq şəkildə bildirdim ki, Rusiyanın bu görüşlərdə iştirakı mümkün deyil və mən, şübhəsiz ki, Rusiyanın Ukraynadakı hərəkətləri ilə bağlı öz fikirlərimi mümkün qədər kəskin şəkildə ifadə etməyi səbirsizliklə gözləyirəm. Bir çox həmkarlarımın da bunu edəcəyini gözləyirəm”.
Nazir bildirib ki, “G20”nin nazirlər görüşündə Rusiya neftinin qiymətinə məhdudiyyətlər tətbiq etmək planlarını yenidən müzakirə edəcək. Yellen bu cür tədbirlərin qlobal inflyasiyanın qarşısını alacağını da vurğulayıb.