Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Türkiyə ilə bağlı ədalətsiz qərar

Azərbaycan və Türkiyə ilə bağlı ədalətsiz qərar


Dünən okeanın o tayından iki xoş olmayan xəbər gəldi. Biri Azərbaycanın 44 günlük müharibə ərzində Qarabağda apardığı hərbi əməliyyatların araşdırılması ilə bağlıdır. Nümayəndələr palatasının erməni diasporasına qulluq edən deputatlarının "fikrincə" ortada cinayət var. Müharibə ilə bağlı hesabat hazırlanacaq.

Digər məsələ isə, Türkiyə ilə bağlıdır.ABŞ parlamenti hələ ki, Türkiyəyə F-16 satışına qadağanı davam etdirir ABŞ Nümayəndələr Palatası, prezident Baydenin Yunanıstanın hava məkanını pozmaq üçün F-16 döyüş təyyarələrindən istifadə etməməsi ilə bağlı “konkret addımları” təmin edilmədiyi təqdirdə, F-16-ların Türkiyəyə satışını qadağan edən Pallone/Pappas düzəlişinin qəbul edilməsinə 179 əleyhinə, 244 lehinə səs verib.

İki məhdudiyyət bunlardır:

Birincisi, Konqres ABŞ Prezidentindən Türkiyəyə yeni satılacaq qırıcıların milli maraqlara uyğun olduğunu təsdiq etməsini tələb edir.
İkincisi, Prezident Türkiyənin son 120 gündə Yunanıstan hava sahəsini pozmadığı barədə hesabat təqdim etməlidir.
Bu səsvermə son illərdə Vaşinqtonda təsir imkanlarını artıran yunan lobbisi üçün önəmli uğur sayıla bilər.

Zaur Məmmədov-politoloq
Xəbəri paylaş