“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə keçirilən “Kənd Sovqatı” layihəsi hər il olduğu kimi bu il də ailələri sevindirib.
Newscenter.az xəbər verir ki, “Kənd Sovqatı” layihəsi “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının davam edən uzunmüddətli layihəsidir. Layihənin əsas məqsədi aztəminatlı ailələrə, şəhid və qazi ailələrinə dəstək göstərməkdir.
"Aqrar İnkişaf Könüllüləri" Qurban bayramı ərəfəsində ölkəmizin 40-dan çox regionunda və Bakı şəhərində 200-dən çox ailəyə “Kənd Sovqatı” layihəsi çərçivəsində ərzaq yardımı göstərilmişdir.
Sevinc